Səkidə güclü yağış
- Yazar: admin --
- 09 May 2020 --
- Baxış sayı : 7
Şəkidə gecədən yağan yağış və güclü külək fəsadlara səbəb
olub.Şəhərin ayrı ayrı yerlərində iri gövdəli ağaclar
aşaraq sakinlərin evlərinə,elektrik xətlərinə ziyan verib nəqliyyatın intensiv
işlədiyi küçənin bağlanmasına səbəb olub
ESS: Şəhərin müxtəlif küçələrində ağaclar
aşıb, budaqlar qırılıb, elektrik naqilləri ,bəzi vətəndaşlara məxsus evin dam
örtüyü zədələnib. Mirzə Fətəli Axundov küçəsində aşan ağaclardan biri yolu
bağlayıb və nəqliyyatın hərəkətinə maneə yaradıb. Digər hadisə də elə Mirzə Fətəli Axundov küçəsində
şəhərin mərkəzi hissəsində qeydə alınıb. Burada da ağacın böyük bir budağı
aşaraq elektirk naqilinə ilişib. Ərazidə təhlükəli vəziyyət yaranıb. Çələbi Xan
küçəsində də yağış bir neçə ağacın budağını qıraraq yola töküb. Küçədə yaşayan
Abdullayevlər ailəsinin həyətindəki çinarın bir budağı aşaraq qarajın üstünə
düşüb və evin dam örtüyünü də zədələyib. Həmçinin elektrik naqilləri sıradan
çıxıb. Oxşar vəziyyət şəhərin 20 Yanvar küçəsində 81 yaşlı Gülxar Ərəbovanın
yaşadığı evdə də qeydə alınıb.