"Məni verilişlərə çağırmayın" - Murad Arif

Müğənni-bəstəkar Murad Arif bir müddət efirlərdən uzaq qalacağını deyib. 
FTV.AZ  xəbər verir ki, o, aparıcılara səslənərək, onu verilişlərə çağırmamalarını xahiş edib:

"Hörmətli televiziya dostlarım, artıq dördüncü aydır ki, tok-şoulara, söhbətli, qonaq-qaralı verilişlərə çıxmıram. Rica edirəm ki, daha bir ay da dəvət etməyəsiniz. Bunun müəyyən, texniki, layihələrimlə bağlı, səbəbləri var. Oktyabrın 15-dək yalnız konsert proqramlarında, sırf mahnı oxuyacağım yerlərdə, bir də məclislərdə görüşənədək. Anlayışla qarşılayacağınıza inanıram".

Rəylər