"Dünyanın ən böyük hədiyyəsidir" - Elvin

Mənim üçün ən uğurlu və gözəl yay oldu. Oğlum Səid dünyaya gəldi. Ən gözəl istirahət də elə budur.

FTV.AZ  bildirir ki, bu sözləri müğənni Elvin Abdullayev deyib. Sənətçi yay boyunca gördüyü işlərdən danışıb:

"Yayda harasa istirahətə gedə bilmədim. Amma buna görə pis olmuram. Çünki oğlumun doğulması dünyanın ən gözəl istirahət mərkəzinə getməyə bərabər bir hədiyyədir. Həm də bütün yayı işlədim. Hətta bir gün dənizə getməyə belə vaxt ayıra bilmədim. 

Toylar, tədbirlər və sənətlə bağlı digər işlər başımı qatdı. İndi Məhərrəmlik ayını gözləyirəm. Qismət olsa, harasa istirahətə gedəcəm.
 
Yay istirahəti bütün çalışan adama vacibdir. Beyin dincəlir. Bütün qışı işləyirik, beyin çalışır, vacibdir bir müddətlik uzaqlaşmaq".

Qeyd edək ki, Afət adlı xanımla ailəli olan Elvinin Tuncay adlı bir oğul övladı da var.

Rəylər