Kabildə deputatlığa namizədin avtomobili partladılıb

         Əfqanıstan parlamentinin deputatlığına namizəd Ənvər Niyazı ötən gecə Kabildə baş verən partlayış nəticəsində həlak olub.FTV.AZ AZƏRTAC - a istinaden   Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, sui-qəsd Niyazının avtomobilinə quraşdırılan maqnit bombası vasitəsilə həyata keçirilib. Hadisə nəticəsində, həmçinin siyasətçini müşayiət edən daha üç nəfər yaralanıb.Hələlik ölkədə fəaliyyət göstərən heç bir qruplaşma hadisənin məsuliyyətini üzərinə götürməyib.Qeyd edək ki, Əfqanıstanda parlament seçkiləri oktyabrın 20-nə planlaşdırılıb.

 

 

 

Rəylər