Avqustda Bakı Şəhəri üzrə Təhsil İdarəsinə 9.161 müraciət daxil olub

                Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Telefon Məlumat Mərkəzinə (telefon: (+99412) 599-12-22) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində cari ilin avqust ayı ərzində vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.BŞTİ-dən  FTV.AZ AZƏRTAC - a istinaden bildiriblər ki, qeyd olunan müddətdə ümumilikdə, 9.161 müraciət daxil olub. Bu müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll edilib.Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 2.626 zəng qəbul olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə bu dövrdə 4.038 vətəndaş müraciət edib. Həmçinin 270 vətəndaş, sorğusuna uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.Vətəndaşların Qəbulu Mərkəzində 1.616 sənəd (vətəndaşlar tərəfindən 508 ərizə, Təhsil Nazirliyindən 183, digər qurumlardan 130, məktəblərdən 237 məktub, 37 strukturdaxili yazışma və 521 kadr ərizəsi) qəbul olunub və qeydiyyata alınıb. Həmçinin, 611 elektron müraciətə baxılıb.Müraciətlər daha çox müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəhazırlıq qruplarına və birinci sinfə uşaqların qəbulu, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin edilməsi, informasiya təminatı, işə qəbul və digər məsələlərlə əlaqədar olub.

 

Rəylər