Dövlət Pedaqoji Universitetində əlavə təhsil üzrə sənəd qəbulu davam edir

                Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) əlavə təhsil üzrə - təkrar ali təhsil və yenidənhazırlanma təhsili üzrə sənəd qəbulu davam edir.ADPU-dan  FTV.AZ AZƏRTAC - a istinaden bildirilib ki, 2018-2019-cu tədris ili üçün təkrar ali təhsil üzrə müxtəlif ixtisaslara sənəd verənlərin sayı 87, yenidənhazırlanma təhsili üzrə isə 238 nəfərdir. Hazırda qəbul olunmuş sənədlərin təhlili və tədrisə hazırlıq prosesi gedir.Təkrar ali təhsil almaq üçün universitetə sənəd vermiş şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə müraciət etdiyi ixtisas üzrə tələbələr sırasına qəbul ediləcəklər. Həmin şəxslərlə universitetdə tələbələrlə işin məzmunu, tədrisin təşkili, daxili qaydalar və sair məsələlərlə bağlı ilkin təqdimat aparılacaq, qəbul olunmuş şəxslərin sualları cavablandırılacaq. Dərslər sentyabrın 15-də başlanacaq.Yenidənhazırlanma təhsili ödənişli formada idarə, müəssisə, təşkilat və ayrı-ayrı vətəndaşlarla ADPU arasında bağlanan fərdi müqavilələr əsasında həyata keçiriləcək. Bu təhsil iki semestri əhatə etməklə müvafiq ixtisas üzrə bakalavr və xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılacaq. Birinci semestrdə əsasən nəzəri və metodoloji dərslər tədris olunacaq, ikinci semestrdə isə tələbələr metodistlərin rəhbərliyi ilə pedaqoji təcrübə keçəcəklər.Qeyd edək ki, sənədlər sentyabrın 20-dək hər gün (istirahət günləri istisna olmaqla) saat 10-dan 17-dək ADPU-nun Koroğlu Rəhimov küçəsi, 108 ünvanındakı ikinci tədris binasında qəbul olunur.Yenidənhazırlanma təhsili almaq üçün universitetə sənəd verəcək şəxslərlə müsahibə aparılacaq. Müsahibədən uğurla keçənlər müqavilə yolu ilə əlavə təhsil ixtisası üzrə tələbələr sırasına qəbul ediləcəklər. Dərslər oktyabrın 1-də başlanacaq.Universitetə qəbul olunmuş və Bakı şəhərində qeydiyyatı olmayan şəxslər yataqxanada qalmaq üçün müraciət edə bilərlər. Yerlərin məhdudluğu nəzərə alınaraq müraciət etmiş şəxslərdən daha çox ehtiyacı olanlara üstünlük veriləcək.

Rəylər