“ASAN Peşə” layihəsi üzrə boş qalan yerlərə sənəd qəbulu başlanır

                Sentyabrın 4-dən etibarənASAN Peşə” layihəsi çərçivəsində dövlət peşə təhsili müəssisələri üzrə boş qalan yerlərə sənəd qəbuluna başlanılacaq.Təhsil Nazirliyindən  FTV.AZ AZƏRTAC - a istinaden bildiriblər ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbuluASAN xidmətmərkəzlərində və müvafiq təhsil müəssisələrində ödənişsiz formada həyata keçirilir.Sentyabrın 10-dək davam edəcək bu prosesdə müsabiqənin ilk mərhələsində uğur qazana bilməyənlər də iştirak edə bilərlər.Qeyd edək ki, dövlət peşə təhsili müəssisələrinə sənəd qəbulunun birinci mərhələsində 11 min 17 nəfər qeydiyyatdan keçib. Onlardan 9 min 196-sı müsabiqədən müvəffəqiyyətlə keçərək peşə təhsili müəssisələrinə qəbul olunub.Təhsil Nazirliyi və “ASAN xidmət”in birgə həyata keçirdiyi “ASAN Peşə” layihəsinin əsas məqsədi dövlət peşə təhsili müəssisələrinə qəbulun rahatlığını və obyektivliyini təmin etməkdir.

 

 

 

Rəylər