Kolleclərin boş qalan plan yerləri üzrə ixtisas seçimi bu gün başa çatır

                Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə ixtisas seçimi bu gün saat 23:59-da başa çatır.Dövlət İmtahan Mərkəzindən  FTV.AZ AZƏRTAC - a istinaden bildirilib ki, ixtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.dim.gov.az/erizetex/ixtisas2 internet ünvanındakı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.Qeyd edilən vaxtadək elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

 

Rəylər