Biləsuvarda 92 ədəd partlamamış hərbi sursat aşkar edilib

                Sentyabrın 1-də saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) Biləsuvar rayonu, “Mahmudçala” ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.Agentlikdən FTV.AZ AZƏRTAC - a istinaden bildiriblər ki, məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə sentyabrın 2-də yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 92 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 5 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib.İki gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 630 ədəd müxtəlif növ partlamamış hərbi sursat aşkar olunub, 75 min kvadratmetr əraziyə yerüstü baxış keçirilib.Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

 

Rəylər