Şirvanda Qətl Hadisəsi
- Yazar: admin --
- 13 May 2020 --
- Baxış sayı : 17
Şirvanda qadın atasını balta ilə öldürülüb
Bu gecə saat 3.00 radələrində Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində qətl hadisəsi baş verib.
FTV Aran bölgə muxbirinin məlumatina görə Şizofreniya xəstəsi olan 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası - 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə bir neçə zərbə ilə qətlə yetirib. Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza mərkəzinə yerləşdirilib.
Qeyd edilir ki, adıçəkilən ünvanda ruhi xəstə olan bacı və qardaş ataları ilə birgə dözülməz şəraitdə yaşayırmış. Gecə saatlarında hüquq-mühafizə orqanlarının əməkdaşları və kriminalistlər tərəfindən qətlin törədildiyi yer müayinə edilib. Qətldə istifadə olunan balta maddi sübut kimi götürülüb. Qətli törədən şizofreniya və paranoyadan əziyyət çəkən qadının respublika psixatriya xəstəxanasına dispanserizasiya ediləcəyi bldirilir.
Faktla bağlı Şirvan şəhər Prokurorluğu tərəfindən cinayət işi başlanılıb, araşdırma aparılır.

(Arif Balakişiyev FTV Şirvan)