Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib
- Yazar: admin --
- 18 May 2020 --
- Baxış sayı : 60
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Sabirabad şəhəri H.Əliyev prospektində baş verib.
VAZ 2107 markalı avtomobil yolu keçən Sabirabad şəhər sakini, 1984-cü il təvəllüdlü Mirzəliyev Elnur Xanış oğlunu vurub. Ağır kəllə-beyin travması alan yaralı Şirvan şəhər xəstəxanasına aparılarkən yolda keçinib.
Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.