Zaqatalada 16 ytaşlı yeniyetmə 18 yaşlı tələbəni qətlə yetirdi.

Hadisə dünən axşam saatlarında rayonun Mosul kəndindəki idman meydançasında baş verib.
Mosul kənd sakinləri16 yaşlı Əli Əliməmmədovla 18 yaşlı İlyas İlyasov arasında şəxsi münasibətlər zənmində dava düşüb. Dava zamanı Əli Əliməmmədov
üzərində olan bıçaqla İlyas İlyasovu bıçaqlayıb. Ağır bıçaq xəsarətləri  alan İlyas İlyasov hadisə yerində ölüb.

Meyit müayinə edilmək üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Kənd sakinlərinin dediyinə görə  qətli törədən  Əli sakit təbiətli, yalnız öz dərsləri ilə məşğul biridir.Lakin  əldə etdiyimiz məlumata görə Əli ilə İlyasın arasında əvvəllər də münaqişə olub, lakin onların nə üçün mübahisə etdikləri bilinməyib.
Qeyd edək ki,  hadisəni törətməkdə şübhəli sayılan Əli Əliməmmədov Mosul kənd tam orta məktəbinin 10-cu sinif şagirdidi. Qətlə yetirilən İlyas İlyasov isə Gürcüstan Respublikasındakı ali təhsil ocaqlarından birinin birinci kurs tələbəsidi.
Faktla bağlı
Zaqatala rayon prokurorluğundaaraşdırma aparılır.

Rəylər