Hacıqabulda 67 yaşlı kişi Kür çayında batıb

Hadisə gecə saatlarında baş verib. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Kür çayının Hacıqabul rayonu, Talış kəndi ərazisindən keçən hissəsində 1953-cü il təvəllüdlü Səlimov Qardaşəli Abbas oğlunun batması barədə məlumat daxil olub. Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Hal-hazırda axtarışlar qısa fasilələrlə davam etdirilir.

Rəylər