Gəncə sakini Zaqatalada küllü miqdarda narkotiklə tutuldu.
- Yazar: admin --
- 14 May 2020 --
- Baxış sayı : 40
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik
vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı
növbəti əməliyyat tədbiri keçirilib. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir
nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli
bilinən Gəncə şəhər sakini, əvvəllər də dəfələrlə məhkum olunmuş,
52 yaşlı Arif Babayev şübhəli şəxs qismində saxlanılıb. Şəxsi axtarış zamanı ondan sellofan torbada 2 kiloqram 50 qram
narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək
götürülüb.Faktla bağlı Zaqatala RPŞ-nin İstintaq bölməsində A.Babayev
barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi
başlanılıb, istintaq aparılır. Bahəddin Abdulhəşimov