Zaqatalada daş istehsalı sexində yanğın olub.
- Yazar: admin --
- 13 May 2020 --
- Baxış sayı : 10
Zaqatalada daş istehsalı sexində yanğın olub.
Bu gün axşam saatlarında rayonun Yuxarı Tala kəndində rayon sakini
Sərxan Orucovun icarəyə götürdüyü, ümumi sahəsi 300 kv/m olan daş
istehsal edən sexdə baş verib.
Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət
Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti
cəlb edilib. Yağın nəticəsindsə sexing çardaq hissəsinin 50 kv/m-lik
sahəsinin yanar konstruksiyaları yanaraq yarasız hala düşüb. Yanğın zamanı
sexdə işləyən fəhlələrdən xəsarət alan olmayıb.