
AFFA Klublar Komitəsinin videokonfransı keçiriləcək
- Yazar: admin --
- 13 May 2020 --
- Baxış sayı : 39
Mayın 14-də AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçiriləcək.
"Ftv.az" federasiyanın saytına istinadən xəbər verir ki, saat 12:00-da başlayacaq iclasda AFFA, PFL və Premyer Liqa klublarının rəsmiləri iştirak edəcək.
Toplantıda klubların məşqlərə başlaması, həmçinin Azərbaycan Premyer Liqası və I Divizionunun mümkün bərpasının müzakirə olunacağı gözlənilir.