FIFA-dan CAS-a şikayət olundu

İngiltərə Futbol Assosiasiyası (FA) İdman Arbitraj Məhkəməsinə (CAS) FIFA-dan şikayət edib. 

"ftv.az" "Sky Sports"a istinadən xəbər verir ki, şikayət "Çelsi" klubuna tətbiq olunan transfer qadağası ilə bağlıdır.

FA bununla bağlı FIFA-ya 290 min funt sterlinq ödəməli olduğuna dair qərarı narazılıqla qarşılayıb. Məhkəmə iclası iyunun 26-da olacaq. 

Qeyd edək ki, FIFA bu ilin fevralında "Çelsi"yə 2019/2020 mövsümünün sonunadək transfer qadağası qoyub. "Zadəganlar" yetkinlik yaşına çatmayan 29 oyunçu transfer etdiyi üçün cəzaya məruz qalıb. CAS 2019-cu ilin sonunda transfer qadağasını ləğv edib. 

Rəylər