Kürdəmir sakinindən küllü miqdarda narkotik maddə aşkarlanıb.

Rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini əvvəllər dəfələrlə  məhkum olunmuş 39 yaşlı rayon sakini Alış Səlimov şübhəli şəxs qismində saxlayaraq rayon Polis Şöbəsinə gətiriblər. Polis əməkdaşları onun üzərində axtarış apararkən Alış Səlimovun ayağında  olan qara rəngli ayaqqabının alt hissəsində yerləşdiyi 1 büküm narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bundan başqa polis əməkdaşları  istintaq tədbirlərinin davamı olaraq onun yaşadığı  Mirzə Ələkbər küçəsi 5-a ünvanında  axtarış aparıb.Axtarış zamanı onun otağında 96 qram ayrı ayrı bükümlərə ayırlmış üzərində qramları göstərilən narkotik vasitə olan heroin, 5 qram psixotrop tərkibli maddə olan metafetamin,  1,5 qram tiryək və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.İlkin dindirmə zamanı saxlanılan şəxs Alış Səlimov ondan aşkarlanan narkotik vasitəni tanımadığı İran vətəndaşından aldığını bildirib.

Sinx. Alış Səlimov saxlanılan şəxs

Sinx. Ismayıl Əmirli MÜSTƏNTİQ

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 cü maddəsilə ( Qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə saxlama daşıma və satma) cinayət işi başlanıb və intintaq işləri davam etdirilir.

Rəylər