Haqqımızda


FTV.az xəbər saytının daxil olduğu "Farrux Media" MMC 2017-ci ildən fəaliyyət göstərərək müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur.

FTV.az saytının yaradılmasında məqsəd qloballaşan dünyada Azərbaycanın bütün sahələr üzrə inkişaf edərək dünyaya inteqrasiya olunmasını, ölkəmizin ictimai, siyasi, sosial və mədəni, ümumiyyətlə, hər bir sahədə olan yenilikləri, habelə dünyada baş verən maraqlı xəbərləri işıqlandıraraq geniş oxucu auditoriyasına peşəkar səviyyədə təqdim etməkdir.

Bununla yanaşı FTV.az saytında müsahibələr, reportajlar, müəllif yazıları da xüsusi olaraq işıqlandırılır.

FTV.az saytı jurnalist peşəsinə hörmətlə yanaşır və jurnalist etikasını başlıca amil götürərək siyasi və sosial qruplara qarşı ayrı-seçkilik etmədən tam obyektiv, qərəzsiz və müstəqil media olaraq faktlar əsasında xəbər yayır.

FTV.az saytı gün ərzində Azərbaycan, ingilis və rus dillərində ölkədə və dünyada baş verən maraqlı hadisələr, cəmiyyəti maraqlandıran ən aktual məsələlər barəsində operativ xəbərlər və analitik məqalələr hazırlayır.

FTV.az  saytının əməkdaşları ölkəmizdə baş verən hadisələri və günün aktuallığını əks etdirən ən vacib xəbərləri düzgün seçilmiş informasiya siyasəti əsasında ictimaiyyətə çatdırmaq məqsədilə hüquq-mühafizə orqanlarını, dövlət qurumlarını, siyasi partiyaları, ictimai təşkilatları, QHT-ləri birgə əməkdaşlığa dəvət edir.