Bu ölkədə çoxarvadlılıq qadağan edilir

Türkmənistanda çoxarvadlılıq qadağan edilir.

“Qafqazinfo” rus KİV-nə istinadən xəbər verir ki,  Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun “Ailə məcəlləsi”nə əlavə və dəyişikliklərlə bağlı imzaladığı qanuna əsasən, ölkədə çoxarvadlılıq qadağan olunur. 

Bu qanun 2018-ci il sentyabrın 1-dən qüvvəyə minir və onu pozanları iki ilədək islah işləri və ya böyük məbləğdə pul cəzası gözləyir.

Rəylər