Makron gəncə acıqlandı: Mənə prezident deməlisən - Video

Fransa Prezidenti Emanuel Makron Almaniya işğalına qarşı müqavimət hərəkatının 78-ci ildönümü ilə bağlı keçirilən tədbirdə gənclərdən birinə acıqlanıb.

Axar.az xəbər verir ki, tədbirdə Emanuel Makron ona “Necəsən Manu?” deyən gənci məzəmmət edib:

“Mənə Prezident və ya Müsyö deyə müraciət etməlisən. Axmaq kimi hərəkət edə bilərsən, amma sən hazırda rəsmi tədbirdəsən, belə davrana bilməzsən. Bu gün partizanların mahnısını oxuyuruq. İşlərini doğru şəkildə yerinə yetirməlisən. Bir gün inqilab etmək istəsən belə diplom alıb, çörəyi əlinə almağı öyrənməlisən. Bundan sonra digərlərinə nəsihət verə bilərsən”.

Rəylər