Hindistanda ilanla selfie çəkmək istəyən meşəbəyi ölümdən döndü — VİDEO

Hindistand meşəbəyinin selfie çəkmək arzusu az qala həyatı ilə başa gələcəkdi.

“Ölkə.Az” xəbər verir ki, Qərbi Benqaliya ştatının Calpayquri kəndində sakinlər meşəbəyini köməyə çağırıblar. Hadisə yerinə gələn meşəbəyi görüb ki, 5.5 metr uzunluğu, 40 kq çəkisi olan piton olanı kəndlilərdən birinin keçisini diri-diri udub. Belə vəziyyətdə o, ilanı çuvala qoyaraq insanlar olmayan yerdə təbiətə buraxmalı idi. Amma meşəbəyi ilanla selfie çəkdirmək fikrinə düşür.

İlanı boğazına dolayıb şəkil çəkmək istəsə də, piton ilan hərəkət edərək onu boğmağa başlayır. İlanla mübarizə aparsa da, ona gücü çatmayan meşəbəyi insanları köməyə çağırır. Bir neçə nəfərin köməyi ilə piton ilanı onun boynundan açmaq mümkün olub.

 

Rəylər