Argentinalı senatorun arvadı və oğlu ölü tapılıb

Argentinalı senator Luis Naydenoffun arvadı və oğlu Formos şəhərindəki evlərində ölü tapılıb.

Ftv.az Ria.ru-ya istinadən xəbər verir ki, ölümə səbəb dəm qazı hesab edilir.

Araşdırma aparılır. Naydenoffun qızı evdə gecələmədiyi üçün xəsarət almayıb.

Onların meyitini evə gələn xadimə görüb.

Rəylər