İsrail çərpələnglərə görə Qəzzanı bombalayıb – VİDEO

İsrail hərbi hava qüvvələri Qəzza zolağına raket zərbələri endirib.

Ftv.az  xəbər verir ki, bu haqda “Euronews” məlumat yayıb.

Qırıcıların havaya qaldırılmasına səbəb, fələstinlilərin İsrail ərazisinə alışqan hava şarları və çərpələngləri buraxmasıdırır.

İddiaya görə, fələstinli etirazçılar onların vasitəsi ilə İsrail ərazisində yanğınlar törətməyə çalışır.

İsrail hərbi komandanlığı aviareydlərdə HƏMAS qruplaşmasının doqquz obyektinə zərbələrin endirildiyini açıqlayıb. Daha əvvəl isə İsrail hərbçiləri hava şarları və çərpələngləri uçuran fələstinli fəalları atəşə tutub.

İsrail çərpələnglərlə törədilən yanğınları terror hücumu kimi qiymətləndirir, belə ki, ölkənin sərhədyanı ərazilərində kənd təsərrüfatına milyonlarla dollar ziyan vurduğunu iddia edir.

Rəylər