Türk qoşunları Mənbicə doğru irəliləyir

Türkiyə qoşunları ABŞ-la razılaşdırılmış yol xəritəsi əsasında Suriyanın Mənbic şəhəri həndəvərində olan ərazilərdə mövqe tutub.

Ftv.az xəbər verir ki, bu haqda NTV telekanalı məlumatlı mənbələrə istinadən informasiya yayıb.

Telekanal üzərində türk bayrağı dalğalanan hərbi texnikaların görüntülərini nümayiş etdirib. Ordunun artıq Mənbicin şəhərkənarında olduğu təsdiqlənib.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ və Türkiyə hökumətləri 2016-cı ildə kürd birləşmələr tərəfindən İŞİD-dən azad edilmiş Mənbic bölgəsində sabitliyin bərqərar edilməsi üzrə yol xəritəsini razılaşdırıb.  

Türkiyənin baş naziri müavini Bəkir Bozdağ tərəflərin YPQ kürd birləşmələrinin bölgədən çıxarılması ilə bağlı qrafik üzrə orta məxrəcə gəldiklərini bildirib. Sonradan dövlət departamenti də məlumatı təsdiqləyib.


Rəylər