Əfqanıstanda dinc vətəndaşlara silahlı hücum, ölənlər var

Əfqanıstanın qərbində naməlum silahlı şəxslər dinc vətəndaşlara hücum ediblər. Ftv.az  xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə altı nəfər ölüb, iki nəfər oğurlanıb. 

Şahidlərdən birinin sözlərinə görə, hərbi formada iki şəxs dinc vətəndaşların olduğu nəqliyyat vasitəsini dayandırıb və atəş açıblar. Sərnişinlər arasında qadınlar və uşaqlar olsa da, vaxtında xilas ola biliblər. 

Heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Rəylər