Bakıda üç nəfəri maşın vurdu, biri öldü

Bakıda üç nəfəri maşın vurub.

Bu barədə Ftv.az -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Aprelin 16-da, saat 23:00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində qəsəbə sakini Orxan İsmayılov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Abşeron rayon sakinləri - Murad Zeynalovu, Kamil Ağayevi və Nicat Vahabovu vurub.

Nəticədə K.Ağayev hadisə yerində ölüb, digər iki nəfərə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Rəylər