Sevgilisindən ayrılma səbəbi məlum oldu

Türkiyəli aktrisa Tuvana Türkayın futbolçu sevgilisi Alper Potukdan ayrılma səbəbi məlum olub. Ftv.az xəbər verir ki, iddia olunur ki, A. Potuk evində dostu ilə şənlik təşkil edib və gecəyə iki xanımı da dəvət edib. 

Tuvana Alperə zəng vursa da, əlaqə qurmaq mümkün olmayıb, aktrisa sevgilisinin evinə getməyə qərarlaşdırıb. O, qapını döyüb, lakin açan olmayıb və mənzilin baxça tərəfinə gedib. 

Evə daxil olan Tuvana sevgilisini xanımlarla əyləndiyini görüb və münasibəti bitirmək qərarına gəlib. 

Rəylər