Haqqımızda

"Farrux Media" (Məhdud Məsuliyyətli Cəmiyyəti) kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunundan çıxış edərək obyektivlik prinsipi əsasında müstəqil fəaliyyət göstərən media orqanıdır. Məqsədimiz doğru-dürüst informasiyalarla ictimaiyyəti məlumatlandırmaq, Azərbaycanın haqq sözünü dünyaya çatdırmaqda yardımçı olmaq, düşmənlərimizlə apardığımız informasiya savaşında ön sıralarda dayanmaq, tamaşaçıları fərqli üslub və tərzli, əyləncəli, informativ və maarifləndirici verilişlərlə təmin etməkdir .

Kanalımızın loqosu altıguşəli qızılı rombvari fiqurdur. İncə cizgilərlə loqonu "F" hərfini xarakterizə edən yarımdalğa bəzəyir. Loqo ekranın sol yuxarı küncündə yerləşir. Fəaliyyətimiz hər gün səhər saat 08:30-dan 00:00-a qədərdir.

Kanalımızda əsas üstünlük verilişlərin canlı yayımla efirə çıxmasına verilib. "Bakı səhər", "yANAR Saat", "Bakı axşam", "Aylı gecələr" kimi geniş auditoriya üçün hesablanmış verilişlərimizdə operativliyin və dinamikanın bütün spektrləri qorunur.

"FTV" yerli və eləcə də dünya musiqisinin əsas və populyar cərəyanlarına da biganə qalmır. Televiziya səbətinin ana sütunlarından biri də zövq oxşayan və tələbata uyğun musiqidir. Vizual keyfiyyətin müasir standartlar səviyyəsində qorunub saxlanması üçün televiziyamızda gərgin işlər görülür.

"Farrukh" televiziya şirkəti 2018-ci il ............. fəaliyyətə başlayıb və müstəqil informasiya siyasəti həyata keçirən media qurumudur. Telekanalımızda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlərtamaşaçılara çatdırılır. Bundan başqa, FTV-də müxtəlif sahələrdən bəhs edən verilişlər, təhlillər, reportajlar, müəllif proqramları, düşündürücü və əyləncəli proqramlar yer alır. "FTV" televiziya kanalı www.ftv.az  informasiya portalı siyasi və sosial qrupların heç birinə qarşı ayrı-seçkilik etmir, tam obyektiv və müstəqil olaraq fəaliyyət göstərir. Bu media layihəsinin işində redaksiyanın yaradıcı kollektivi ilə yanaşı tamaşaçılarımız da aktiv iştirak edə bilərlər. Televiziya şirkətində və internet saytında "qaynar-xətt" fəaliyyət göstərir ki, tamaşaçı və oxucuların rastlaşdıqları hadisələrlə bağlı redaksiyaya operativ məlumat vermək imkanları var. www.ftv.az saytının yaradıcı kollektivi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumlarını, QHT-ləri, hüquq-mühafizə orqanlarını aktiv əməkdaşlığa dəvət edir.

*** Kütləvi İnformasiya Vasitələri haqqında Azərbaycan Respublikasinin qanunu

Maddə 1. Azərbaycan Respublikasında kütləvi informasiya azaddır. Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır.

Maddə 8. Kütləvi informasiya vasitələri cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru‐dürüst məlumatlar almaq hüququna malikdirlər. Bu hüquq Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. İnformasiya almaq üçün sorğu yazılı və şifahi ola bilər. Tələb olunan informasiyanı adları çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Qanunda göstərilən müddətdə həmin məlumat öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 saatdan gec olmayaraq cavab verilməlidir.